"Müslüm MAQOMAYEV: biblioqrafiya" kitabının və "Azərbaycanın səs xəzinəsi" kataloqunun təqdimat mərasimi olmuşdur

Sentyabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Müslüm Maqomayev: biblioqrafiya" kitabının və "Azərbaycanın səs xəzinəsi" (Milli kitabxananın not nəşrləri və səsyazmalar şöbəsinin fondunda saxlanılan qrammofon vallarından kompakt disklərə (CD) köçürülmüş əsərlər) kataloqunun 1-ci cildinin təqdimatı olmuşdur.
Tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə işıq üzü görmüş hər iki nəşrin təqdimat mərasimində Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək Müslüm Maqomayevin mənalı ömür yolundan, zəngin yaradıcılığından söz açmışdır.
Azərbaycanın peşəkar musiqili teatrının banilərindən biri olan Müslüm Maqomayev 1912-ci ildən opera dirijoru kimi fəaliyyətə başlamışdır. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operaları M.Maqomayevə böyük şöhrət qazandırmışdır.
Biblioqrafiya "Müslüm Maqomayevin həyat və yaradıcılığının əsas tarixləri", "Görkəmli şəxsiyyətlər Müslüm Maqomayev haqqında", "Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan əlyazmalar", "Dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələr" və digər bölmələrdən ibarətdir. Kitab M.Maqomayevin yaradıcılığını tədqiq edən və öyrənən elmi işçilər, konservatoriya və musiqi məktəbləri müəllimləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Diqqətə çatdırılmışdır ki, Milli Kitabxananın not nəşrləri və səsyazmaları şöbəsində bu günədək 29 min 732 ədəd qrammofon valı toplanmışdır. 1900-cü ildən 1990-cı ilədək müxtəlif səsyazma şirkətləri tərəfindən buraxılmış bu vallarda dünyanın və Azərbaycanın məşhur ifaçılarının əsərləri öz əksini tapmışdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq bu səsyazmaların gələcək nəsillərə çatdırılması məqsədi ilə Milli Kitabxana özünün fondunda saxlanan qrammofon vallarını rəqəmsal daşıyıcılara köçürməyə başlamışdır. İlk olaraq Azərbaycanın klassik musiqi əsərləri yazılmış qrammofon valları CD-lərə köçürülmüş və "Azərbaycanın səs irsi" adlı baza yaradılmışdır. Eyni zamanda, dünya klassiklərinin əsərlərinin də elektron-informasiya daşıyıcılarına köçürülməsinə başlanılmışdır.
Diqqətə çatdırılmışdır ki, Milli Kitabxana musiqisevər oxucularına kömək məqsədi ilə "Səs yaddaşımız" adlı kataloq tərtib etmiş və buraya kitabxananın not nəşrləri və səsyazmaları şöbəsinin foneteka fondunda saxlanılan qrammofon vallarının kompakt disklərə köçürülmüş əsərləri daxil edilmişdir.
Tədbirdə digər çıxış edənlər də "Adiloğlu" nəşriyyatında çapdan çıxmış hər iki nəşrin özəlliyindən danışmış və bu istiqamətdə işlərin bundan sonra da davam etdirilməsini arzulamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında