Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Filarmoniya bağında olmuşlar

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Bakının ən gözəl istirahət guşələrindən birində - Filarmoniya bağında olmuşlar.
Bağ ilə tanışlıq zamanı bildirildi ki, 1830-cu ildə İçərişəhər divarlarının əhatəsində salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan bu bağın maraqlı tarixi vardır.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən burada abadlıq və yenidənqurma işləri aparılmışdır. Yenidənqurma prosesi bağın orijinal üslubu saxlanılmaqla həyata keçirilmişdir.
Hazırda Filarmoniya bağı Bakının digər istirahət guşələri kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilmişdir. Burada aparılan yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilmişdir. XIX əsr paytaxt memarlığına xas Qərb ənənələrinin Şərq üslubu ilə uzlaşdırılması bu bağın dizaynını daha da cəlbedici etmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında