Azərbaycan xalçaları Türkiyə Baş nazirinin xanımını valeh etmişdir

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşlar.
Xanımlar nadir Azərbaycan xalçalarından, "Azərilmə"nin məmulatından ibarət sərgiyə baxmışlar.
Qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Ölkəmizdə toxunan xalı-xalça yüksək keyfiyyəti və zəngin çeşidləri ilə fərqlənir. Azərbaycan xalçaları dünyanın bir çox muzeyinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları bir çox ölkələrdə keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Naxışların incəliyi və ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı və milli koloriti ilə seçilən xalçaların istehsal prosesi də çox maraqlıdır. Burada bütün xalçalar ənənəyə uyğun toxunur. İplər ancaq təbii boyalarla boyanır, eskizlər yalnız milli naxışlardan götürülür.
Mehriban Əliyeva və Əminə Ərdoğan qalereyada nümayiş etdirilən zəngin eksponatlara baxmış, boyama və toxuma proseslərini maraqla izləmişlər. Bildirilmişdir ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirməkdir.
Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır.
Burada Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan müəssisədə toxunan xalçaların nümayiş etdirildiyi "Sehirli naxışlar" qalereyasında da olmuş, burada orijinal kompozisiyalı və əlvan tərtibatlı xalçalara baxmışlar.
Qonaqlar çay süfrəsinə də qonaq olmuşlar.
Gördüklərindən məmnun qalan Əminə Ərdoğan müəssisənin kollektivinə uğurlar arzulamışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında