Almaniyada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir

Sentyabrın 16-da Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti Tengiz Sade Baron zu Romkerhallın təşəbbüsü ilə Almaniyanın Hannover şəhərində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Tengiz Sade Baron zu Romkerhall bildirmişdir ki, Azərbaycanın böyük şəxsiyyətlərindən olan Üzeyir Hacıbəyli yaratdığı əsərləri ilə xalqımızı dünyaya tanıtmışdır. Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyli ömrünü Azərbaycan mədəniyyətinin inkişafına, xalqımızın maariflənməsinə həsr etmişdir. Böyük bəstəkar eyni zamanda yazıçı, publisist, jurnalist kimi də fəaliyyət göstərmiş, Azərbaycan xalqının savadlanması və maariflənməsi yolunda yorulmadan fəaliyyət göstərmişdir.
Azərbaycan Texniki Universitetinin fəxri doktoru Ralf Nolte demişdir ki, Üzeyir Hacıbəyli yaratdığı gözəl, dəyərli musiqi əsərləri ilə bütün dünyada məşhurlaşmış, Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına xidmət etmişdir. Üzeyir Hacıbəyli böyük Məhəmməd Füzulinin poeması əsasında "Leyli və Məcnun" operası ilə milli operamızın əsasını qoymuş, Azərbaycanın əsrlərdən bəri miras qalmış zəngin musiqisini ilk dəfə nota köçürmüş, böyük simfonik orkestrlə ifasını təmin etmiş, orkestrə özü rəhbərlik və dirijorluq etmişdir.
Tədbirin sonunda Mərkəzi Şuranın rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş, xalqımızın bu problemin dinc yolla həll olunması, Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və doğma torpaqlarından zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi arzusunu ifadə etmişdir.

{nl}

Vüqar SEYİDOV, AzərTAc-ın xüsusi müxbiri
Hannover


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında