Müasir İncəsənət Muzeyi zəngin mədəniyyət xəzinəsidir

Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 17-də Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur.
Ali qonağa məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin zəngin ekspozisiyasının əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.
Bildirilmişdir ki, muzeyin beynəlxalq əlaqələri genişlənir. İlk dəfə olaraq muzey bu ilin mayında Almaniyada keçirilmiş Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmişdir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir.
Monteneqro Prezidenti xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun və tanınmış digər fırça və tişə ustalarının əsərləri ilə tanış olmuşdur.
Ali qonaq qərbi Avropa incəsənəti salonunda nümayiş etdirilən Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərlərinə böyük maraqla baxmışdır.
Monteneqronun Prezidenti Filip Vuyanoviç muzeyin kitabxanası ilə də tanış olmuşdur. Bildirilmişdir ki, burada incəsənət sahəsinə aid 800-dək kitab toplanmışdır.
Ali qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
Monteneqro Prezidentinə xatirə hədiyyəsi təqdim olunmuşdur.
Prezident Filip Vuyanoviç muzeydən zəngin təəssüratlarla ayrılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
November, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Hava haqqında