Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri

Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq

{nl}

Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 17-də Beynəlxalq Muğam Mərkəzinə gəlmişdir. 
Qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalamışdır. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur. Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.
Diqqətə çatdırılmışdır ki, 2008-ci ilin dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Qeyd edilmişdir ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəz ilə yaxından tanış olan Prezident Filip Vuyanoviç burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxmışdır.
Monteneqro Prezidenti gənc muğam ifaçıları - Babək Niftəliyev və Arzu Əliyevanın ifasında "Mahur" və "Dilkeş" təsniflərini və "Qarabağ" mahnısını dinləmişdir. Azərbaycan muğamlarından xüsusi zövq alan ali qonaq ifaçılarla görüşmüş və onlara uğurlar arzulamışdır.
Monteneqro dövlətinin başçısına Heydər Əliyev Fondunun keçirdiyi beynəlxalq muğam festivalının disklərindən ibarət albom və "Azərbaycan musiqi alətləri" kitabı hədiyyə edilmişdir.
Monteneqro Prezidenti Filip Vuyanoviç Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılmışdır.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında