Azərbaycan mədəniyyətində tarixilik və müasirliyin vəhdətindən bəhs edən sanballı tədqiqat əsəri

Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik" kitabı "Təhsil" nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. 
Müəllifin yeni kitabı Azərbaycan mədəniyyəti və incəsənəti tarixinə, həmçinin bu sahədə bəzi nəzəri problemlərə həsr olunmuşdur. Tanınmış tədqiqatçı əvvəlki əsərlərində olduğu kimi, bu kitabında da mədəniyyət və incəsənət tarixinə ümummilli və ümummədəni konsepsiyadan yanaşmış, qədim zamanlardan başlamış müasir dövrədək olan Azərbaycan mədəniyyətini mərhələlər əsasında şərh etmişdir.
Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik" kitabında Azərbaycan mədəniyyətinin müxtəlif sahələri - teatr, kino, musiqi, memarlıq və təsviri sənət müvafiq fəsillərdə yer almışdır. Bütün bunlarla yanaşı, müəllif yeni kitabında bu və ya digər sahələri tədqiq edən ictimai fənlərin - teatrşünaslığın, kinoşünaslığın, müsiqişünaslığın, sənətşünaslığın tarixini də özünün tədqiqat obyektinə daxil etmiş, onların yaranma tarixi və inkişaf mərhələləri barədə müfəssəl məlumat vermişdir.
Yeni kitabda, həmçinin müəllifin çağdaş Azərbaycan mədəni və elmi fikrində önəmli yer tutan kulturologiya və muzeyşünaslığın inkişaf meyillərinə münasibəti də öz əksini tapmışdır. Diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, müəllif hər iki sahəni həm nəzəri, həm də tarixi baxımdan dolğun işıqlandırmağa nail olmuşdur.
"Mədəniyyətdə tarixilik və müasirlik" kitabında Azərbaycan incəsənətinin dünəni və bu günü haqqında həm əyani, həm də dolğun təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünya şöhrətli rəssamlarımızın məşhur əsərlərindən nümunələr yeni nəşri daha oxunaqlı edir.
Azərbaycanın çağdaş mədəni həyatında mühüm hadisə olan yeni kitab elm və mədəniyyət xadimləri, təhsil işçiləri, tədqiqatçılar, tələbələr, həmçinin milli mədəniyyətimiz və incəsənətimizlə maraqlananlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında