Milli Kitabxanada Çexiya Milli Kitabxanasının direktorunun iştirakı ilə dəyirmi masa keçirilmişdir

Sentyabrın 13-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycanda səfərdə olan Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohm və Azərbaycanın aparıcı kitabxanalarının rəhbərlərinin, eləcə də mütəxəssislərinin iştirakı ilə dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, görüşdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd Azərbaycan Milli Kitabxanası ilə Çexiya Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlığın yaradılmasıdır. Kitabxananın direktorunun sözlərinə görə, dəyirmi masada əməkdaşlığın perspektivləri, kitab, informasiya və təcrübə mübadilələri, bununla yanaşı, əlyazmalar sahəsində olan qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
K.Tahirov çıxışında onu da bildirib ki, sabah qarşılıqlı əməkdaşlıq haqqında memorandumun şərtləri müzakirə olunacaq və bu ilin sonuna kimi sənədin Çexiyada təsdiq olunması və imzalanması gözlənilir. Kitabxana rəhbəri sabah Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohmun Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcəyini də qeyd edib. Dəyirmi masada çıxış edən Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bohm Çexiya kitabxanasında Azərbaycana dair çoxlu sayda əlyazmaların mövcud olduğunu bildirmişdir. Qonağın fikrincə, qarşılıqlı əlaqələrin yaradılması hər iki xalqın mədəni əlaqələrinin inkişafı üçün olduqca əlverişlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında