Moskvada Müslüm Maqomayevin abidəsinin təntənəli açılışı olacaq

Rusiya paytaxtı meriyasının mədəniyyət departamentinin mətbuat xidmətindən bildirmişlər ki, sentyabrın 15-də Moskvanın mərkəzində Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin abidəsi açılacaqdır.
Məlumatda bildirilir ki, abidə bu il fevralın 3-də paytaxtın Yeliseyev və Voznesenski küçələrinin kəsişdiyi yerdə qoyulmuş bünövrəsi üzərində ucaldılmışdır. Abidənin müəllifləri heykəltəraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenskidir.
Departamentin mətbuat xidmətinin məlumatına görə, abidənin təntənəli açılış mərasimində paytaxtın hakimiyyət orqanlarının, Moskva Dövlət Dumasının, yaradıcı ziyalıların, Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında