Azərbaycanın xalq artisti "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun xüsusi mükafatına layiq görülmüşdür

Səmərqənd şəhərinin məşhur Registan meydanında YUNESKO-nun himayəsi altında "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalı başa çatmışdır. Məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yaymışdır.
Bu mötəbər musiqi bayramında dünyanın 56 ölkəsindən gəlmiş 400-dən artıq musiqiçi, muğam nəzəriyyəçiləri və biliciləri, həmçinin Özbəkistanın ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, səfirlər, jurnalistlər iştirak etmişlər. Festivalın açılış mərasimində Özbəkistan Prezidenti İslam Kərimov iştirakçıları bu möhtəşəm musiqi bayramı münasibətilə təbrik etmiş, Səmərqənddə zaman-zaman tanınmış alim, filosof və musiqiçilərin yaşadığını diqqətə çatdırmış, Şərq musiqisinin fəlsəfi dəyərləri haqqında danışmışdır. Musiqi bayramında Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov, Səmərqənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistandakı diaspor təşkilatlarımızın nümayəndələri iştirak etmişlər.
Festivalda Azərbaycan tərəfindən xalq artisti Nəzakət Teymurova iştirak etmişdir. Nəzakət Teymurovanın "Xarı bülbül" xalq çalğı ansamblının müşayiəti ilə ifa etdiyi Azərbaycan xalq mahnıları böyük maraqla qarşılanmış və özünün ecazkar səsi ilə tamaşaçıların rəğbətini qazanan azərbaycanlı muğam ustası Nəzakət Teymurova bu mötəbər festivalda YUNESKO-nun "Ən gözəl səs" xüsusi mükafatına layiq görülmüşdür.
Xatırladaq ki, 1997-ci ildə keçirilmiş "Şərq təranələri" Birinci Beynəlxalq musiqi festivalında Azərbaycanı təmsil etmiş müğənni Simarə İmanova ən yüksək mükafata - "Qran-pri"yə layiq görülmüş, sonrakı illərdə Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov birinci, Zabit Nəbizadə ikinci yerləri tutmuşlar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında