"Evrovision - 2012" Azərbaycanda turizmin inkişafına güclü təsir göstərəcək

Son illər Azərbaycan beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilmişdir. Bu, hər şeydən əvvəl ölkəmizdə baş verən iqtisadi yüksəlişin nəticəsidir. Gündən-günə gözəlləşən Bakımız xarici qonaqları həqiqətən məftun edir, onları Azərbaycana tez-tez səfər etməyə sövq edir. Bu isə özlüyündə ölkə turizminin inkişafına güclü stimul yaradır. Elə, 2012-ci ildə "Evrovision" beynəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsi də bu mənada olduqca əhəmiyyətlidir. Ölkəmizdə son illər turizm sektoru çox sürətlə inkişaf edir. Təsadüfi deyil ki, ölkə Prezidenti 2011-ci ili "Turizm ili" elan etmişdir. Bu sahənin inkişafı üzrə Dövlət Proqramı qəbul olunmuşdur.
Bu il turizmin inkişafı ilə bağlı çox əhəmiyyətli tədbirlər keçirilmiş, yeni hotellər tikilmiş, yeni turist marşrutları müəyyənləşdirilmiş və s. "Evrovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi isə turizmin ölkəmizdə inkişafına yeni stimul verəcək. Söz yox ki, bu müsabiqə böyük mədəni tədbir olmaqla yanaşı, minlərlə avropalının ölkəmizə gəlişini və Azərbaycanı yaxından tanımasını təmin edəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, müsabiqə vaxtına kimi müxtəlif hazırlıq işləri görüləcək, turistlərdə Azərbaycan haqqında yüksək təsəvvürün formalaşması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcəkdir. Bunun üçün ölkənin digər dövlət qurumları da bu işlərə cəlb olunacaq.
Nazirin fikirinə görə bu beynəlxalq müsabiqədə iştirak etməyə 50-100 min turistin gələcəyi proqnozlaşdırılır. Bununla bağlı Bakı şəhərində turist yerləşdirmək yerlərinin sayı artırılacaq, nəqliyyat sistemi optimallaşdırılacaq, xüsusilə şəhərdaxili nəqliyyatda ingilis dilində informasiya sistemləri bərpa olunacaq.
Təkcə onu nəzərə almaq lazımdır ki, Azərbaycanın bu müsabiqədə qələbəsindən sonra milyonlarla insan internet-axtarış saytında Azərbaycan haqqında məlumat axtarır. İndi Azərbaycana maraq daha da artmışdır. Bu maraq təbii ki, həm ölkəmizin mədəniyyəti, həm də turizminə yönəlmişdir. Söz yox ki, bu tədbirin yüksək səviyyədə təşkili üçün ölkənin bütün resursları səfərbər olunacaq. Bakı bu tədbirlərin nəticəsində daha da gözəlləşəcək. Bakıya gələcək turistlərdə ölkəmiz haqqında güclü təəssürat yaratmaq məqsədilə görüləcək tədbirlərə artıq başlanılmışdır. Bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin imicini daha da artıracaqdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında