Bu axşam: Azərbaycan-Belçika

Azərbaycan milli komandasının futbolçuları bu axşam Avropa çempionatı - 2012-nin seçmə yarışları çərçivəsində yeddinci dəfə meydana çıxacaqlar. Yığmamız Belçika komandasını qəbul edəcəkdir.
Rəqiblərin turnir vəziyyəti bir-birindən çox fərqlənir. Əgər belçikalılar yeddi oyunda 11 xal toplayıb cədvəlin ikinci pilləsində irəliləyirlərsə, altı görüşdə cəmi 3 xal qazanan Azərbaycan komandası beşinci yerdədir və sonuncu mövqedə olan Qazaxıstan yığmasını yalnız əlavə göstəricilərə görə qabaqlayır. Buna baxmayaraq, gözləmək olar ki, meydan sahibləri qonaqlara layiqli müqavimət göstərib öz xal ehtiyatlarını artırmağa, hətta Brüsseldə qeydə alınmış məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
Tofiq Bəhramov adına Respublika stadionunda oyun saat 21-də başlanacaq və onu ingiltərəli hakimlər briqadası idarə edəcəkdir.
Bu gün qrupumuzda həmçinin Türkiyə-Qazaxıstan və Almaniya-Avstriya görüşləri keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında