Növbəti il Azərbaycanda möhtəşəm "Eurovision" şousunun keçiriləcəyinə əminik

Bakıda toplanan "Eurovision" mahnı müsabiqəsi məşvərət qrupunun üzvləri bu qənaətdədirlər
Avqustun 31-i və sentyabrın 1-də Bakıda "Eurovision" mahnı müsabiqəsi məşvərət qrupunun ilk iclası keçirilmişdir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və internet şöbəsinin müdiri Tahir Məmmədov AzərTAc-a bildirmişdir ki, toplantıda məşvərət qrupunun üzvləri gələn ilin mayında Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsinə hazırlıq prosesi ilə bağlı məlumatlandırılmışlar. Həmçinin "Eurovision-2012" ilə əlaqədar indiyədək görülmüş işlər, təşkilati məsələlər müzakirə edilmişdir.
Məşvərət qrupunun üzvlərinə "Eurovision" mahnı müsabiqəsinin təşkili ilə əlaqədar İTV-nin təklifini qəbul edən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verilmişdir.
Fondun sosial, mədəniyyət, təhsil və digər sahələrdə həyata keçirdiyi böyük layihələrlə tanışlıqdan sonra məşvərət qrupunun üzvləri bu əməkdaşlığın "Eurovision" müsabiqəsinin uğurlu keçirilməsi üçün əhəmiyyətli olacağını bildirmişlər.
Məşvərət qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırlatmış və ötən dövrdə ölkədə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdırmışdır. "Bu onu göstərir ki, müsabiqəyədək hər şey çox gözəl olacaqdır. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır", - deyə Frank-Dieter Freiling bildirmişdir.
"Eurovision TV"-nin direktoru Yorqan Frank Avropa Yayımları Birliyi (EBU) ilə İctimai Televiziya arasında ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın "Eurovision" müsabiqəsi ilə bitməyəcəyini demişdir. O, "Eurovision" mahnı müsabiqəsinin artıq 56 ildir yaşadığını və uzunömürlü bir televiziya layihəsi olduğunu diqqətə çatdırmışdır. Qonaq vurğulamışdır ki, müsabiqədə ev sahibi hər il bir yenilik edir. Bu mahnı müsabiqəsi hər dəfə yenidən başlayır və ev sahibliyi edən hər bir yayımçı layihəyə bir yenilik gətirir. Bakıda keçirilən iclas bizi çox ruhlandırmışdır. Əminəm ki, biz növbəti il Azərbaycanda möhtəşəm şounun şahidi olacağıq.
"Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sitse Bekker indiyədək görülən hazırlıq prosesini yüksək dəyərləndirdiklərini və gələn il Bakıda keçiriləcək musiqi bayramının yaddaqalan şou olacağını bildirmişlər.
Məşvərət qrupunun üzvləri İTV-də şirkətin texniki imkanları ilə tanış olmuşlar. Qonaqlar yaradıcı heyətlə görüşdə "Eurovision" mahnı müsabiqəsi ilə bağlı fikirlərini bölüşmüşlər.
"Eurovision-2012"nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında