Şəmkirdə rayonun Qaracəmirli kəndindəki qədim yaşayış məskənindən tapılmış maddi-mədəniyyət nümunələrinin təqdimatı olacaqdır

Avqustun 20-də Şəmkirdə bu rayonun Qaracəmirli qədim yaşayış məskəni ərazisində aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin təqdimat mərasimi keçiriləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzərTAc-a bildirmişlər ki, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə bu institutun əməkdaşları Şəmkirin köhnə yaşayış məskənlərindən hesab olunan Qaracəmirli kəndində apardıqları arxeoloji qazıntılar zamanı eramızdan əvvəlki əsrlərə təsadüf edən şəhər yerini müəyyənləşdirmişlər. Burada Qafqazın ən qədim tikilisi, təxminən 2500 il bundan əvvəl inşa olunmuş saray tipli inzibati bina aşkarlanmışdır.
Qaracəmirli kəndində Almaniya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycan arxeoloqları ilə yanaşı, Almaniya və Gürcüstan alimləri də xeyli tədqiqat işləri aparmışlar.
Aşkar olunmuş tapıntılar nəticəsində tarixi keçmişimiz haqqında, xüsusilə Şəmkirin qədim tarixi barədə indiyədək elmə məlum olmayan çoxlu yeni faktlar üzə çıxmışdır.
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Qaracəmirli qədim yaşayış məskəni ərazisində aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin təqdimat mərasimində iştirak edəcəkdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında