"Arşın mal alan"ın 100 illik yubileyi YUNESKO tərəfindən keçiriləcək

Yüz il bundan əvvəl Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov "Arşın mal alan" operettasını yazıb. Elə həmin ilin oktyabr ayının 25-də Bakıda bu operettanın ilk tamaşası qoyulub. "Arşın mal alan" artıq 100 ilə yaxındır ki, dünyanı gəzir. Dəfələrlə ekranlaşdırılıb. 1945-ci ildə rejissor R.Təhmasibin H.Leşşenko ilə birgə ekranlaşdırdığı "Arşın mal alan" filmi SSRİ Dövlət mükafatına layiq görülüb.
Operettanın 100 illik yubileyinin YUNESKO-nun 2012-2013-cü illərdə keçirəcəyi tədbirlər sırasına daxil edilməsi də təsadüfi deyil. Üzeyir dühasının məhsulu olan bu operetta artıq bəşəri dəyərlər sırasındadır və onun 100 illik yubileyinin böyük təntənə ilə qeyd olunacağı şübhəsizdir.
Bu tədbirin YUNESKO-da keçiriləcəyi barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi verib. Məlumatda bildirilir ki, Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümumbəşəri dəyərləri əks etdirən mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar YUNESKO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında