Naxçıvan şəhərində "Bazar gölü" istirahət kompleksi istifadəyə verilmişdir

Naxçıvan şəhərində "Bazar gölü" istirahət kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Bazar gölü" istirahət kompleksinin istifadəyə verilməsini yeni xidmət obyektlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirmiş, görülən işlərin həm də şəhər ərazisinin bir hissəsinin abadlaşdırılmasına xidmət etdiyini bildirmişdir.
Ali Məclisin sədri demişdir ki, yeni xidmət obyektində nümunəvi xidmət başlıca amilə çevrilməli, Naxçıvan şəhərinin sakinlərinə, gələn qonaqlara mədəni xidmət göstərilməlidir. İstirahət kompleksi dövlət vəsaiti hesabına tikilmişdir. Ona görə də kompleksdə çalışanlar qarşılarına qoyulmuş vəzifələri yerinə yetirməli, səliqə-sahmana, təmizliyə riayət etməli, istehlak məhsullarının keyfiyyətini daim diqqətdə saxlamalıdırlar. Bunun üçün kompleksdə yaradılmış şəraitdən düzgün istifadə edilməli, əhalinin rahatlığı üçün lazımi qaydalara əməl olunmalıdır. Polis orqanları asayişi təmin etməli, yeni xidmət obyekti şəhərin ən rahat guşələrindən biri olmalıdır.
Hər bir insan istirahət etmək, asudə vaxtını səmərəli keçirmək istəyir. Bunun üçün isə onlara şərait yaradılmalıdır. İstirahət kompleksinin yaradılması bu məqsədə xidmət edir.
Ali Məclisin sədri istirahət kompleksinin nümunəvi xidməti ilə seçiləcəyinə əminliyini ifadə etmiş, burada çalışanlara işlərində uğurlar arzulamışdır.
Sonra istirahət kompleksinə baxış keçirilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında