Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən uşaq-gənclər bədii yaradıcılıq məktəbində son tamamlama işləri görülür

Prezident İlham Əliyevin 2010-cu il oktyabrın 29-da Ağsuya tarixi səfəri zamanı təməlini qoyduğu uşaq-gənclər bədii yaradıcılıq məktəbinin tikintisi başa çatdırılır. Məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilir. İkimərtəbəli bina şəhərin şimal hissəsində ayrılmış 0,56 hektar torpaq sahəsində tikilir. Birinci mərtəbədə iclas zalı, qarderob, 2 qrim otağı, 1 dərs otağı, ikinci mərtəbədə isə inzibati otaqlar, 4 sinif otağı və s. vardır. Məktəb binası mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz edilmişdir.
Uşaq-gənclər bədii yaradıcılıq məktəbinin binası şəhərin ən gözəl tiklilərindəndir. Müasir arxitektura üslubunda inşa edilən obyektin tikintisində milli memarlıq elementlərindən istifadə olunmuşdur ki, bu da tikiliyə xüsusi gözəllik vermişdir.
Heydər Əliyev Fondunun ağsulu uşaq və gənclərə böyük hədiyyəsi olacaq bədii yaradıcılıq məktəbinin gələn ay istifadəyə verilməsi planlaşdırılır.{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında