Şəmkir qalasında aparılan qazıntılar zamanı maraqlı arxeoloji materiallar aşkar edilmişdir

Arxeoloqlar tarixi qala ərazisində XI-XII əsrlərə aid şəhər kanalizasiya sistemi tapmışlar
Orta əsrlərə aid edilən Şəmkir qalasında arxeoloji qazıntılar davam edir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, aparılan qazıntılar nəticəsində Azərbaycan tarixinin öyrənilməsi baxımından çox qiymətli arxeoloji materiallar aşkar edilmişdir.
Son qazıntıların nəticələri olaraq şəhər istehkamlarının öyrənilməsi, şəhər abadlığı, monumental memarlıq və yaşayış evlərinin tədqiqinə dair böyük uğurlar əldə edilmişdir. Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyevin sozlərinə görə, burada aşkarlanan maraqlı tapıntılar sırasında XI-XII əsrlərə aid olan və monqol işğalına qədər fəaliyyət göstərmiş paralel qoşa divarların, iç qala divarında şəhərin şərq darvazalarının və qəsr divarları ilə əhatə olunmuş monumental tikilinin üzə çıxarılmasını göstərmək olar. Tapıntılar içərisində əsas diqqət çəkən isə həmin dövrlərə aid şəhər kanalizasiya sisteminin aşkar edilməsidir. Kanalizasiya xətləri şəhər darvazasının altından keçərək bayır qala divarından çay istiqamətinə gedir. Bu xətlər vasitəsi ilə çirkab sular çaya axıdılırmış.
Qeyd edək ki, Şəmkir qalasında arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və "Regionların İnkişafı" İctimai Birliyinin birgə layihəsi əsasında aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında