Gənc rəssamın uğurları

Xalq yazıçısı Elçinin istedadlı gənc rəssam Məryəmin "Mənim gözəl dünyam" albomu haqqında yazdığı "Məryəmin missiyası" essesi Moskvada, "Kultura" qəzetində dərc edilmişdir. 
Essedə Məryəmin fırça ilə ifadə etdiyi mənəvi dünyası təhlil olunur, onun çəkdiyi şəkillərin emosional təsirindən, bu tabloların özünəməxsusluğundan bəhs edilir.
Məryəmin yaradıcılığı təkcə respublikamızda deyil, xarici ölkələrdə də görkəmli sənət adamlarının diqqətini cəlb etmiş, onların yüksək qiymətini almışdır.
Paris Nanter Universitetinin müasir incəsənət üzrə professoru, tanınmış fransız sənətşünası Terri Dyufren gənc rəssamın əsərləri haqqında yazdığı rəyi "Məryəm - içində işıq gəzdirən rəssamdır" adlandırmışdır. O, yazır ki, bu işıq əhatə olunduğumuz mürəkkəb dünyanı görmək və dərk etmək üçün bizə kömək edir.
Tanınmış alman sənətşünası, Berlin İncəsənət İnstitutunun professoru İnqe X.Şmidt isə yazır ki, mən əvvəllər Məryəmin əsərləri ilə tanış olsaydım Berlin Rəssamlıq Akademiyasındakı tələbələrimə "Məryəmin çəkdiyi şəkillərə baxın və ondan öyrənin!"- deyərdim.
Bu günlərdə gənc rəssam Məryəmin həyatında fərəhli hadisə baş vermişdir. O, müsabiqədən keçərək Paris Ali Dekorativ Sənət Məktəbinə daxil olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında