Rumıniyanın mədəniyyət və milli irs naziri Qəbələdə Nic kilsəsi, piano fabriki və tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşdur

Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen Azərbaycana səfəri çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsindəki alban məbədi ilə yaxından tanış olmuşdur.
Qonağa əsaslı şəkildə təmir-bərpadan sonra əvvəlki görkəminə qaytarılmış Nic kilsəsi barədə ətraflı məlumat verilmişdir. Qonaq Azərbaycanda mövcud olan zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndirmiş, Nic kilsəsinin bərpasını xalqımızın tolerantlığına gözəl nümunə olduğunu qeyd etmişdir.
Nazir Hunor Kelemen Qəbələdəki "Gilan" piano fabrikinin fəaliyyəti ilə tanış olarkən ona məlumat verilmişdir ki, 2009-cu ilin sentyabrında fabrikdə 3 pianonun hazırlanması ilə "Beltmann" markalı pianoların istehsalının əsası qoyulmuşdur. Hazırda dünyada "Beltmann" markalı pianolar yalnız Qəbələdəki "Gilan" fabrikində istehsal olunur.
Qonaq fabrikdə istehsal prosesinin mərhələlərini izləmişdir. Fabrikdə ildə 1200-1500 piano istehsal etmək mümkündür.
Sonra rumıniyalı qonaq rayon tarix-diyarşünaslıq muzeyinə gəlmişdir. Burada nazirə məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası vardır.
Qonaq rayonun mənzərəli yerləri ilə də tanış olmuş, Qəbələ III Beynəlxalq Musiqi Festivalının konsertlərinə tamaşa etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında