Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Muğam axşamı" və kamera musiqisi konserti olmuşdur

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Muğam axşamı" və kamera musiqisi konserti olmuşdur. 
İyulun 29-da "Qafqaz Resorte" otelində keçirilən kamera musiqisi konsertində bəstəkar Q.Donizettinin, C.Rossinin və C.Kardillonun əsərləri səsləndirilmişdir.
Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Səbinə Əsədova (messo-soprano) və Fəridə Məmmədova (soprano), İtaliyanın R.Debaldi və M.Monako adına Opera İncəsənəti Beynəlxalq Akademiyasının tələbəsi Cavid Səmədov (bariton), İtaliyanın Ozino Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə (tenor) çıxış etmişlər.
Festival daha sonra "Muğam-2011" televiziya müsabiqəsi laureatlarının konserti ilə davam etdirilmişdir. Açıq səhnədə baş tutmuş "Muğam axşamı"nda Mirələm Mirələmov, Səbinə Ərəbli, Mustafa Mustafayev, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Ariz Hüseynov, Nigar Şabanovanın çıxışları dinlənilmişdir. Xanəndələri tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, kanonda Çinarə Mütəllibova, balabanda Mehman Nuriyev, nağarada Emin Cəbrayılov, udda Şəfa Kərimov müşayiət etmişlər.
Konsertdə 1000-ə yaxın yerli və xarici tamaşaçı iştirak etmişdir. Gənc muğam ustalarının ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
İyulun 30-da Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi keçiriləcəkdir. Bu münasibətlə keçiriləcək Qala-konsertdə Yuri Başmetin rəhbərliyi ilə "Yeni Rusiya" Dövlət Simfonik Orkestri çıxış edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında