Qəbələdə keçirilən pianoçuların II beynəlxalq müsabiqəsinin qalibinə 30 min dollar pul mükafatı verilmişdir

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən pianoçuların II beynəlxalq müsabiqəsinin final mərhələsi başa çatmışdır.
İyulun 22-də "Qafqaz Resorte" hotelinin parkında, açıq səma altında keçirilən müsabiqənin final mərhələsinin sonuncu günündə Andrey Yaroşinski (Rusiya) S.Raxmaninovun "Do minor", Ketevan Cakarataşvili (Gürcüstan) P.Çaykovskinin "Sebinol minor", Aleksandr Samoilov (Ukrayna) S.Raxmaninovun "Re minor"unu ifa etmişdir. Hər biri ayrı-ayrılıqda 45 dəqiqə çıxış edən gəncləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etmişdir. Orkestrə bədii rəhbər, xalq artisti, professor, "Şöhrət" ordenli Rauf Abdullayev dirijorluq etmişdir.
Münsiflər heyətinin finalla bağlı yekun qərarı açıqlanmışdır.
Müsabiqənin qalibi Andrey Yaroşinski (Rusiya) 30 min dollar, ikinci yeri tutan pianoçular-Mizuho Nakada (Yaponiya) və Ketevan Cakarataşvili (Gürcüstan) və üçüncü yerin sahibi Anna Kipiani (Gürcüstan) 10 min dollar pul mükafatı almışlar. Bundan əlavə, müsabiqənin finalında uğurla iştirak etmiş digər gənc pianoçulara həvəsləndirici mükafatlar təqdim olunmuşdur. Tofiq Quliyevin "Qaytağı" əsərini ən yaxşı ifa etdiyi üçün Aleksandr Vaşadzeyə (Gürcüstan) 1000 dollar pul mükafatı verilmişdir. Fərhad Bədəlbəyli və Dimitri Yablonski isə gənc pianoçulardan Nərgiz Kəngərli (Azərbaycan) və Aleksandr Samoilovun (Ukrayna) hər birinə özlərinin fərdi mükafatlarını - 500 avro pul mükafatını təqdim etmişlər.
Finalçılara diplomlar təqdim olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında