"Eurovision 2011" musiqi yarışmasının qalibləri ölkə tələbələrinin qonağı oldular

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) offisində "Eurovision 2011" musiqi yarışmasının qalibləri-həmyerlilərimiz Eldar Qasımov və Nigar Camal ölkənin fəal gəncləri ilə görüş keçirdilər. ATGTİ-nin sədri Şahin İsmayılov salamladı və qalibləri bir daha təbrik etdi. Sonra gənclər Eldar və Nigara çoxsaylı suallar ünvanladılar.
Sualları cavablandıran Eldar və Nigar qeyd etdilər ki, onlar Azərbaycanın ilk qalibləri məsuliyyətini tam şəkildə öz üzərlərində hiss edirlər. Həmçinin bildirdilər ki, gələn il "Eurovision 2012" yarışmasının açılışında onlar daha çox milli koloriti görmək istərdilər: "Biz bütün Avropaya öz qədim və gözəl mədəniyyətimizi göstərməliyik".
Sonda gənclərlə xatirə şəkli çəkdirən qaliblərimiz onlara işlərində və dərslərində uğurlar arzu etdilər.{nl}

Sadiq QAÇAYEV, ADMİU-nun tələbəsi

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında