Azərbaycanın xalq yazıçısı Elçinin "Şekspir" komediyası Ukraynanın Krım Tatar Akademik Musiqili Dram Teatrının səhnəsində

Xalq yazıçısı Elçinin "Şekspir" komediyası ilk dəfə "Üns" Teatrında tamaşaya qoyulmuşdur. Böyük uğur qazanmış həmin tamaşanı professor Nərgiz Paşayevanın bədii rəhbərliyi ilə görkəmli Azərbaycan sənətkarları hazırlamışlar.
Bundan sonra "Şekspir" yalnız respublikamızın deyil, müxtəlif dillərə çevrilərək xarici ölkə teatrlarının da repertuarlarına daxil edilmiş, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Bu günlərdə Krım Tatar Akademik Musiqili Dram Teatrının yaradıcı kollektivi bu əsərə müraciət etmiş, "Şekspir"in premyerasını "Xəstə könül" adı ilə Ukrayna tamaşaçılarına göstərmişdir.
Azərbaycanlı yazıçının əsərinə məşhur rejissor, Ukraynanın Əməkdar İncəsənət Xadimi Renat Bektaşev quruluş vermişdir. O, eyni zamanda tamaşanın bədii tərtibatçısıdır. Tamaşanın musiqisini görkəmli bəstəkar R.Bekirov bəstələmişdir.
Əsas rolları Ukraynanın xalq artistləri D.Settarov, E.Yaqyayev, əməkdar artistlər E.Cəlilov, D.Adjimambetova, Q.Sefedina və digər tanınmış artistlər ifa etmişlər. Tamaşanın Krımda nümayiş etdirilən premyerası dəfələrlə tamaşaçıların alqışlarını qazanmış, böyük müvəffəqiyyətlə keçmişdir.
Qeyd etmək lazımdır ki, Krım Tatar Akademik Musiqili Dram Teatrı zəngin ənənələrə malikdir. Klassik və müasir dünya dramaturgiyasının bir çox nümunələri məhz bu teatrın səhnəsində göstərilərək, geniş tamaşaçı rəğbəti qazanmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında