Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaqdır

Ölkəmizin Serbiyadakı səfirliyinin təşəbbüsü, Serbiya hökuməti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə qərar qəbul olunmuşdur.
Səfirlikdən bildirmişlər ki, Mədəniyyət Mərkəzinin fəaliyyəti zəngin və qədim tarixə malik olan Azərbaycan və serb xalqları arasında körpü rolunu oynayacaq, ziyarətçiləri xalqlarımızın mədəni irsi, tarixi, mədəniyyəti, musiqisi, xalq yaradıcılığı, milli rəqsləri və s. ilə yaxından tanış edəcək, mədəni əlaqələrin inkişafına töhfə verəcəkdir.
Mərkəzin yaradılması, həmçinin xalqlarımız arasında mədəni əlaqələrin yeni səviyyəyə yüksəlməsinə, iki ölkə ziyalılarının, mədəniyyət xadimlərinin, incəsənət ustalarının sıx təmasda olmalarına, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, Azərbaycan və serb mütəfəkkirlərinin, müəlliflərinin dünya mədəniyyəti xəzinəsinə bəxş etdikləri nadir əsərlərin hər iki dilə tərcümə edilməsinə və s. kömək edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında