Parisdəki beynəlxalq kitab sərgisində Azərbaycan guşəsi böyük maraq doğurmuşdur

Martın 26-31-də Parisin möhtəşəm kitab salonunda beynəlxalq kitab sərgisi keçirilir. Müxtəlif ölkələrin 1200-dək nəşriyyat evinin iştirak etdiyi sərgidə Azərbaycan da təmsil olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat bölməsinin müdiri, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu bildirmişdir ki, Azərbaycan 30 illik yubileyini təntənəli şəkildə qeyd edən belə genişmiqyaslı sərgidə ilk dəfədir ki, iştirak edir. Çağdaş Azərbaycan naşirləri tərəfindən çap olunmuş çoxsaylı kitabların ən yaxşı nümunələri arasından seçilmiş 200-dək kitabımız sərgidə nümayiş olunur.
Ç.Əlioğlu Mədəniyyət və Turizm Nazirliyi təsis olunduqdan sonra Azərbaycan kitabının yayılma coğrafiyasının genişləndiyini, bu sərginin kitab fondunun zənginliyi, poliqrafik baxımdan keyfiyyəti və nümayəndə heyətinin iştirakının digər sərgilərdən tamamilə fərqləndiyini qeyd etmişdir.
Sektor müdiri sərgidə nümayiş etdirilən kitabların ölkəmizin siyasi həyatını, mədəniyyətini, iqtisadi həyatını, incəsənətini, turizm sahələrini və s. əhatə etdiyini bildirmişdir. O, Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə nəşr edilmiş kitablara xüsusi maraq göstərildiyini diqqətə çatdırmışdır.
Azərbaycan guşəsində kitablarla yanaşı, YUNESKO-nun Qeyri-Maddi İrs siyahısına daxil edilmiş Novruz bayramı şirniyyatları, milli kulinariyamızın nümunələri də sərgi iştirakçılarına təqdim olunmuşdur.
Azərbaycan guşəsinin zənginliyi qonaqlarda böyük maraq oyatmışdır. Fransa rəsmi dairələrinin nümayəndələri, Mərakeşin mədəniyyət nazirinin xanımı və başqa dövlətlərin yüksək vəzifəli təmsilçiləri, digər qonaqlar Azərbaycan guşəsinə yaxınlaşaraq ölkəmiz barədə ətraflı məlumat əldə etmişlər. Ölkəmizə maraq göstərənlərə respublikamızın görməli yerlərini, qədim tarixini və zəngin mədəni abidələrini əks etdirən bukletlər, xəritələr və broşürlər hədiyyə verilmişdir.
Azərbaycan Dövlət mahnı və rəqs ansamblının, qədim musiqi alətləri ansamblının ifasında milli rəqslər və mahnılar, Şirvan aşıqlarının çıxışları alqışlarla qarşılanmış və ölkəmiz barədə müəyyən təsəvvür yaratmışdır.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərgidə olmuşdur.
Sərgi martın 31-də başa çatacaqdır.
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında