Dünyanın 33 məşhur sənətçisinin mahnısının yer aldığı siyahıda tanınmış müğənni Emin Ağalarovun da adı vardır

Dünyanın 33 məşhur sənətçisinin mahnısının daxil edildiyi siyahıda tanınmış müğənni Emin Ağalarovun da adı vardır.
Amerikalı məşhur rejissor və musiqiçi Devid Linçin adını daşıyan xeyriyyə fondu növbəti aksiyasını elan etmişdir. Fond "I Tunes" rəqəmsal kampaniyası ilə əməkdaşlıq çərçivəsində "Download for good ("Musiqi dünyanı yaxşıya doğru dəyişir") adı altında disk satışını təşkil etmişdir. Həmişə olduğu kimi, əldə olunan vəsait Devid Linç Fonduna toplanacaqdır.
Dünyanın 33 məşhur sənətçisinin mahnısının daxil edildiyi siyahıda Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun da adı vardır. E.Ağalarovla yanaşı, bu siyahıda Alanis Morisett, Nensi Sinatra, Mobi, Deyv Stüart, İqqi Pop, Piter Qabriel, Endi Sammers ("The Police" qrupu), Maroon-5, Amanda Palmer, Tom Uyts, Patrisiya Kaas və başqalarının adları çəkilir.
Azərbaycanlı müğənninin siyahıya "Wonder" albomundan "All I Need Tonight" kompozisiyası daxil edilmişdir. Belə bir aksiyada iştirak etdiyi üçün xoşbəxt olduğunu bildirən Emin Ağalarov demişdir: "Şadam ki, musiqim təmiz incəsənət və qlamur şou-biznesdə insanlara nicat, kömək kimi qəbul olunur. Bu fondda mənim də yardım payım olacağı üçün çox xoşbəxtəm. Ümid edirəm ki, dinləyicilərim, bu seçilmiş mahnılardan ibarət diskə qulaq asanlar Amerikanın məşhur musiqiçi və rejissorunun təşəbbüsünü qiymətləndirəcəklər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında