Rumıniyalı qonaqlar Bakıda həmyerliləri Corce Eneskunun abidəsini ziyarət etmişlər

Buxarestin II sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 12-də Bakının 8-ci mikrorayonunda məşhur rumın bəstəkarı və musiqiçisi Corce Eneskunun (1881-1955) abidəsini ziyarət etmişdir.
Milli Məclisın deputatı, YAP beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev, YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov qonaqları müşayiət etmişlər.
Xatırladaq ki, müasir rumın bəstəkarlıq məktəbinin banisi C.Enesku opera, simfoniya və sonataları ilə dünya mədəniyyət xəzinəsinə çox böyük töhfələr vermişdir. Bununla bərabər, o, Rumıniya Elmlər Akademiyasının yaradıcılarından biri, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuş, antifaşist hərəkatında fəallıq göstərmişdir.
Corce Eneskunun abidəsi önünə əklil qoyulmuşdur.
Rumıniyalı qonaqların səfəri iyulun 16-dək davam edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında