Bakı Müasir İncəsənət Muzeyi rumıniyalı qonaqlarda xoş təəssürat yaratmışdır

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının dəvəti ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti iyulun 10-dan ölkəmizdə səfərdədir.
Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 12-də Bakının Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur.
Burada qonaqlara məlumat verilmişdir ki, Muzey Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.
Bildirilmişdir ki, muzeyin dizaynının ideya müəllifi tanınmış rəssam Altay Sadıqzadədir. Muzeydə əsasən avanqard tərzdə işləyən tanınmış azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanov, Müseyib Əmirov, Mahmud Rüstəmov, Rasim Babayev və digərlərinin əsərləri toplanmışdır.
Muzeydə uşaq incəsənəti zalı, kitabxana, restoran, videozal və art-kafe fəaliyyət göstərir. Burada 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunələri də nümayiş etdirilir.
Bakı Müasir İncəsənət Muzeyi rumıniyalı qonaqlarda xoş təəssürat yaratmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında