Belarus Respublikası ilə mədəni əlaqələr genişlənir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan nümayəndə heyəti ixtisasartırma və təcrübə mübadiləsi məqsədi ilə bu yaxınlarda Belarus Respublikasının Minsk şəhərində olmuşlar.
Nümayəndə heyətininin tərkibində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin aparıcı mühəndis-proqramçısı Tural Qədirov, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Yeganə Sadıqlı, Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli, Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev var idi.
Tədbirin proqramına uyğun olaraq burada "Kitabxana işinin müasir metod və metodikaları" mövzusunda keçirilmiş "dəyirmi masa" və diskusiyalar keçirilmişdir.
Azərbaycan kitabxana mütəxəssisləri Belarus Respublikası Milli Kitabxanası və bir sıra kitabxanalarının fəaliyyəti ilə tanış olmuş və təcrübə mübadiləsi aparmışlar.
Görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası, Azərbaycanda kitabxana-informasiya sahəsində aparılan islahatlar barədə belaruslu mütəxəssislərə məlumat verilmişdir.
Görüşlərdə əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin işlənməsi barədə razılıqlar əldə edilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında