Ömər Eldarovun "Bölünmüş millət" əsəri Koreyanın parkında ucaldılıb

Akademik Ömər Eldarovun əsərləri indi dünyanın bir çox şəhərlərinin park və xiyabanlarını bəzəyir. Bu yaxınlarda isə onun "Bölünmüş millət" əsəri Koreya Respublikasının Boryeong şəhərində yerləşən Geahva Sənət Parkında keçirilən 8-ci Beynəlxalq heykəltəraşlıq sərgisində nümayiş etdirilib. 
Bu məlumatı Azərbaycanın Koreyadakı səfirliyinə istinadən Lent.az saytı yayıb. Məlumata görə, sərgidə Azərbaycanın xalq rəssamı, akademik Ömər Eldarovla bərabər, dünyanın on ölkəsindən (İsrail, Argentina, Rusiya, Özbəkistan, Seneqal, Pakistan, İraq, Myanma, Çili, Paraqvay) gəlmiş heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.
Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi ilə Ömər Eldarovun "Bölünmüş millət" adlı sənət əsəri Geahva Parkında ucaldılıb və beynəlxalq sərgiyə gələn yüzlərlə tamaşaçının diqqətini çəkib.
Koreya Mosan İncəsənət Muzeyi, "Koreya Post" jurnalı, Boryeong şəhər meriyasının maddi dəstəyi ilə həyata keçirilmiş beynəlxalq sərginin açılış mərasiminə Cunqçonnamdo əyalətinin qubernatoru, Boryeoung şəhərinin meri, yerli idarəetmə orqanlarının başçıları, Koreyanın tanınmış sənət ustaları, Seulda yerləşən diplomatik nümayəndəliklərin başçıları, diplomatlar və Koreyanın aparıcı media nümayəndələri və yerli sakinlərlə bərabər üç yüzdən çox adam qatılıb.
2004-cü ildə yaradılmış Geahva Parkında hazırda dünyanın əlli müxtəlif ölkəsindən gəlmiş tanınmış heykəltəraşların 78 sənət əsəri ucaldılıb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında