Azərbaycanda turizm mövsümü başlamışdır

Azərbaycanda turizm mövsümü açıq elan olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyi bununla əlaqədar iyunun 17-də "Ramada" hotelində mərasim təşkil etmişdir.
Xarici ölkə səfirlikləri və turizm şirkətləri nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin imkanları və inkişaf perspektivləri barədə məlumat vermişdir. Bildirmişdir ki, ölkəmizdə turizm mövsümü ənənəvi olaraq iyunun ortalarından başlayır. Ötən il 200 mindən artıq Azərbaycan vətəndaşı bölgələrdə istirahət etmişdir. İndi Azərbaycanın istirahət zonalarında qiymətlər ötən ilə nisbətən 8-15 faiz aşağı düşmüşdür. Respublikada bu il 6 beşulduzlu hotelin açılması gözlənilir.
Bütün bunlar, eləcə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər xarici turistlərin cəlb olunmasında mühüm rol oynayır. Turizm sənayesində kadr hazırlamaq üçün 3 yeni təhsil mərkəzinin yaradılacağını bildirən nazir demişdir ki, gələn il Bakıda "Eurovision" mahnı yarışmasının keçirilməsi də qarşımızda ciddi vəzifələr qoyur. Bu münasibətlə ölkəmizə gələn qonaqları qarşılamağa və Azərbaycanın təbii gözəllikləri ilə tanış etməyə hazır olmalıyıq.
Nazir Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin də turizmə əvəzsiz töhfələr verəcəyindən danışmış və qonaqların ölkəmizin görməli yerlərindən və müalicə sanatoriyalarından xoş əhval-ruhiyyə ilə qayıdacaqlarına əminliyini bildirmişdir.
Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında