İsveç Krallığının xarici işlər naziri Karl Bildt İçərişəhəri gəzmişdir

İyunun 13-də İsveç Krallığının xarici işlər naziri Karl Bildt İçərişəhərlə tanış olmuşdur. 
"İçərişəhər" Dövlət Tarixi - Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, ilk növbədə qonağa Azərbaycan memarlığının incisi olan Qız qalası abidəsi və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumat verilmişdir.
Nazir Bakı şəhərinin qədim iqtisadi əlaqələrinin göstəricisi və Şərq həyatının əvəzedilməz atributu olan ikimərtəbəli Karvansara, 1169-cu ildə inşa edilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olmuşdur.
Sonda Karl Bildt ötən il bərpa edilmiş "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda olmuş və Fəxri qonaqlar kitabında öz ürək sözlərini yazmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında