Norveç Krallığının vəliəhdi Hookon Nobel qardaşlarının Bakıdakı ev-muzeyi "Villa Petrolea" ilə tanış olmuşdur

İyunun 7-də Bakıda səfərdə olan Norveç Krallığının vəliəhdi Hookon Nobel qardaşlarının Bakıdakı ev-muzeyi "Villa Petrolea" ilə tanış olmuşdur.
Bakı Nobellər İrsi Fondunun prezidenti Toğrul Bağırov Şahzadə Hookonun başçılıq etdiyi, Nobelin varisi, Nobellər Xeyriyyə Fondunun sədri Qustav Nobelin də daxil olduğu nümayəndə heyətini bu evin tarixi ilə tanış etmişdir.
O bildirmişdir ki, 1882-1884-cü illərdə tikilmiş Nobellərin evi 2007-ci ildə Bakı Nobellər İrsi Fondu tərəfindən bərpa edilmişdir. Ev-muzeydə Nobellər ailəsinə məxsus əşyalar toplanmışdır. Bu əşyaların bir qismi dünyanın müxtəlif ölkələrində keçirilən auksionlarda alınmışdır.
T.Bağırov başçılıq etdiyi fondun fəaliyyəti barədə ali qonağa məlumat vermişdir.
Ev-muzeyə ekskursiyada Azərbaycan ziyallarının nümayəndələri də iştirak etmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında