FİFA-nın və AFFA-nın rəhbərləri İçərişəhərdə olmuşlar

Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlmiş FİFA-nın prezidenti Yozef Blatter və AFFA-nın rəhbəri Rövnəq Abdullayev Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olmuşlar. 
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, tanışlıq Bakının, eləcə də Azərbaycanın ən möhtəşəm və sirli memarlıq abidəsi olan Qız qalası ilə başlamışdır. Yozef Blatterə abidənin tarixi və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumat verilmişdir.
Yozef Blatter Almaniya-Azərbaycan matçında öz komandalarını dəstəkləməyə gəlmiş alman və yerli futbol azarkeşləri ilə xatirə şəkli çəkdirmişdir.
Daha sonra FİFA prezidenti A.Zeynallı küçəsində yerləşən XV əsrdə tikilmiş və Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəy və onun varislərinin istifadəsinə verilmiş ikimərtəbəli karvansara barədə məlumatlandırılmışdır. Qeyd edilmişdir ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, zəngin tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.
FİFA-nın prezidenti İçərişəhərin ən qədim məscidlərindən olan, 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olmuşdur.
Sonda Yozef Blatter ötən il bərpa edilmiş "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda olmuş, burada ona və nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında