Otto Hauzer "Avropalı olaraq hiss edən və düşünən" Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsini yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə etmişdir

Almaniyanın Deutsche Presse Agentur xəbər agentliyinin Azərbaycanın Almaniya Federativ Respublikasındakı (AFR) fəxri konsulu Otto Hauzerlə ölkələrimizin tarixi əlaqələri və müasir dövrdəki əməkdaşlığı ilə bağlı aparılmış söhbət əsasında "Baden-Vürtemberqdən Azərbaycan üçün şərabçılıq mədəniyyəti" başlıqlı məlumat yaymışdır. 
Məlumatda O.Hauzerə istinadla bildirilir ki, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanda 200 il əvvəl 400 alman ailəsi məskunlaşmışdır. Bəzi küçələrin indi də alman adları daşıdığı həmin yaşayış məskənində İkinci Dünya müharibəsindən əvvəl 20 min alman yaşamışdır.
Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində 5 min azərbaycanlı tələbənin təhsilini maliyyələşdirdiyini bildirən O.Hauzer Almaniya peşə təhsili modelinin Azərbaycanda tətbiq edilə biləcəyini və bunun xüsusilə də şərabçılıq sahəsində səmərəli olacağını vurğulamışdır. Bundan əlavə, O.Hauzer Azərbaycanda turizmin yenicə inkişaf etməyə başlaması, əhalinin dini tolerantlığının yüksək səviyyədə olması və hələ 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının hakimiyyəti dövründə qadınlara seçib-seçilmək hüquqlarının verilməsi haqqında söhbət açır.
O.Hauzer sonda "Avropalı olaraq hiss edən və düşünən" Azərbaycanın "Eurovision" mahnı müsabiqəsini yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə etmiş, ölkə iqtisadiyyatının 2005-ci və 2009-cu illər arasında 100 faiz artdığını və Almaniyanın altıncı ən böyük neft ixracatçısına çevrildiyini bildirmiş, alman məhsullarının və insanlarının Azərbaycanda sevildiyini diqqətə çatdırmışdır.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında