Azərbaycanlı tenor beynəlxalq müsabiqənin qalibi oldu

Almaniyada Brandenburq Baş nazirinin himayəsi ilə bu il 21-ci dəfə gənc opera ifaçılarının "Reynsberq Qəsrində Kamera Operası" festivalı keçirilir.
Festival iştirakçısı olmaq hüququnu qazanmaq üçün Berlin alman operası səhnəsində dünyanın 45 ölkəsini təmsil edən 400 nəfərdən çox iddiaçı nüfuzlu münsiflər heyəti qarşısında öz bacarıqlarını nümayiş etdirib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq müsabiqəyə qatılan tenor Ülvi Hüseynov (Qılınc) ifa etdiyi klassik italyan operalarından ariyalarla müsabiqənin qalibi elan edilib və festival proqramı çərçivəsində qala-operada çıxış etmək üçün yenidən Almaniyaya dəvət olunub.
Qala-opera tamaşaçılara Berlin yaxınlığında yerləşən Reynsberq şəhərində 30 iyun, 1 və 2 iyul 2011-ci ildə üç gün ərzində təqdim olunacaq. Hər üç konsertdə Ülvi Hüseynovu Almaniyanın

{nl}

Brandenburq Dövlət Simfonik Orkestri müşayiət edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında