AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin 75 illik yubileyi qeyd olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, görkəmli alim, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
AMEA-dan bildirmişlər ki, sessiyanı giriş sözü ilə açan AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov yubilyarın Azərbaycan və eləcə də türk dünyası üçün göstərdiyi elmi xidmətlərini, onun türkoloji dilçilikdəki əməyini yüksək dəyərləndirmişdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun dil əlaqələri şöbəsinin müdiri, professor S.Mehdiyeva "T.Hacıyev və Azərbaycan dili tarixi", dil tarixi şöbəsinin müdiri, professor R.Məhərrəmova "T.Hacıyev və Azərbaycan ədəbi dili problemləri", lüğətçilik şöbəsinin müdiri İ.Məmmədov "T.Hacıyev yaradıcılığında bədii dil məsələləri" mövzularında məruzə etmişlər.
T.Hacıyev AMEA-nın prezidenti, akademik M.Kərimovun imzaladığı Fəxri fərmanla təltif edilmişdir.
Tədbirdə AMEA-nın müxbir üzvləri N.Cəfərov, K.Abdullayev, həmçinin professor Q.Paşayev, institutun dialektologiya şöbəsinin müdiri, professor Q.Kazımov, institutun terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru S.Sadıqova və başqaları görkəmli alimin xidmətlərindən danışmış, yubilyarı təbrik etmişlər.
Sonda T.Hacıyev ona göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında