Heyrət dünyasının zirvəsi

Dünya ədəbiyyatının sənət bahadırları, söz korifeyləri sərhəd bilmədən bəşəriyyət üçün doğmadır, əzizdir. Bu nəhəng simalar arasında Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının yetişdirdiyi mötəbər sənət adamları da vardır. Bunlardan biri də sözə ilahi məna, sosial-bədii dəyər verən qüdrətli sənətkar Aşıq Ələsgərdir.
Şəlalə kimi çağlar, bulaq suyu kimi saf və llətafətli, çəmən çiçəkləri kimi təravətli Aşıq Ələsgər qoşmaları, təcnisləri, gəraylıları, divaniləri, müxəmməsləri və digər janrlarda olan şeirləri artıq insan ruhunun tərcümanına çevrilmişdir.
Aşıq Ələsgər ulu sələfi Yunis İmrə kimi, Füzuli kimi haqqın dərgahında Ələsgər aləmində "bəli" demiş az-az sənətkarlardan biridir. Ona görə də "Beş gözəlin aşiqiyəm, vəsfi camalda yüküm" - deyir.
Obrazlı deyimləri məna dərinliyi, böyük hikmət çalarları ilə əlçatmaz bir zirvəyə sahib olan Aşıq Ələsgər dünyasına baş vurmaq üçün onu sevə-sevə, düşünə-düşünə, qavraya-qavraya, nəhayət dönə-dönə oxumaq gərəkdir.
Bugünkü və gələcək nəsillərə üz tutaraq demək istəyirəm ki, Dədə Ələsgərin poetik düşüncəsi Ulu Tanrının söz çeşməsindən qaynaqlanır. Aşıq Ələsgər dünyasını yaxşı dərk etmək üçün bu böyük sənətkarın irsinə daha dərindən bələd olmaq gərəkdir. Odur ki, oxu hər misrası, hər kəlməsi bir hikmət dünyası olan Dədə Ələsgəri.
Oxu, yaddaşına yaz məna və fikir dolu misraları. Hər kəlmənin işığına, cəlalına tapın. Bu işıq altında qalx sözün əlçatmaz ucalığına. Ələsgər məharəti səni heyrət dünyasının hələ açılmamış qapılarından keçirəcək, hikmət aləminin ağuşuna çəkəcək... Bu aləmdə Ulu Tanrı sevgisi ilə qovuşacaq. Haqqın dərgahına sığınacaqsan!
Ələsgər dühasında fikir kamilliyi, məna dərinliyi qüdrətə çevrilir, söz öz epigeyinə qalxır... Söz ucalır, ucaldıqca İlahi qüdrətinə, gücünə, böyüklüyünə, yenilməzliyinə qovuşur:
***
Qəza qədərinə fəhm eylə bir gül,
Tərəqqidən təvəllüdü tənəzzül.
***
Haqq ilə nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında.
***
Qəm satıb, dərd alı, nəf eyləmişəm.
***
Bu misralardakı Aşıq Ələsgər sehrini, möcüzəsini görməmək mümkün deyil. O, burada Dədəlik mərtəbəsinə yüksəlir. Ruhən Tanrı dərgahına qovuşur, mövlanə səviyyəsinə ucalır.
Dədə Ələsgər söz, hikmət, qüdrət, heyrət dünyasında zirvədir!
ƏLƏSGƏR DƏDƏ
Hakimsən şerimin şah budağında,
Hər kəs at oynatmaz söz oylağında,
Sənətin əlçatmaz ucalığında
Qalasan, səngərsən, Ələsgər dədə.

{nl}

Ana laylasının beşiyindəsən,
Bu dərdin içində, eşiyindəsən.
Yenə də Göyçənin keşiyindəsən,
Əlçatmaz hünərsən, Ələsgər dədə.

{nl}

Sonsuz bir istəklə bağlısan elə,
Bu zarınc ellərə bir dua elə.
Alovsuz, tüstüsüz yanırsan elə,
Sən ki, səməndərsən, Ələsgər dədə.

{nl}

Sənsən haqq aşiqi, şöhrtli, adlı,
Mehraca yön tutan qartal qanadlı.
Nizami ilhamlı, Füzuli odlu,
Dədə Ələsgərsən, Ələsgər dədə.

{nl}

Min aləm yaşatdın bir öz dünyanda,
Kürəsən, atəşsən od-köz dünyanda...
Öz sənət dünyanda, sən söz dünyanda
Dünyalar qədərsən, Ələsgər dədə.

{nl}

Mənasan, heyrətsən, ay dahi ustad,
Qoşmanın, təcnisin pənahı ustad
Bu ulu sənətin Allahı ustad...
Əbədi öndərsən, Ələsgər dədə.

{nl}

Eldar İSMAYIL

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında