Berlində Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun 60 illik yubileyi münasibətilə sərgi keçirilmişdir

Mayın 19-da Berlin Senatında Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun 60 illiyinə həsr olunmuş tədbir və onun əsərlərindən ibarət sərgi keçirilmişdir.
Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri, Berlin Senatının üzvləri, Almaniya ictimaiyyətinin və bu ölkədə yaşayan diasporumuzun üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Berlin senatının üzvü Andreas Köler sərginin təşəbbüsçülərinə və müəllifə öz minnətdarlığını bildirmişdir. O, Azərbaycanın qədim mədəniyyətə malik olduğunu qeyd edərək ölkəmizin bir çox sənət sahələrində dünya mədəniyyətinə öz töhfəsini verdiyini bildirmişdir. O, sonuncu "Eurovision" müsabiqəsində Azərbaycanın qalib gəlməsinin bunu bir daha sübut etdiyini dilə gətirmişdir.
Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsində mədəni əlaqələrin mühüm rol oynadığına işarə edərək, bugünkü sərginin də bu qəbildən tədbirlərə aid olduğunu vurğulamışdır. Səfir sərgisi nümayiş etdirilən əməkdar rəssamın uzun müddət ölkəmizdən kənarda yaşadığını qeyd edərək Azərbaycan mədəniyyətinin təbliğində mühüm işlər gördüyünü bildirmişdir. O, yubilyarı təbrik etmiş, ona Azərbaycan mədəniyyətinin təbliği sahəsindəki fəaliyyətini davam etdirməyi arzulamışdır.
Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin təmsilçisi Şahin Neməti də Əşrəf Heybətova 60 illiyi münasibətilə xoş arzularını bildirərək yubilyara sonrakı fəaliyyətində uğurlar diləmişdir.
Əşrəf Heybətov göstərilən diqqət və qayğıya görə Azərbaycan səfirliyinə, Berlin Senatı və Avropa Azərbaycan Cəmiyyətinə, eləcə də tədbirin ərsəyə gəlməsində əməyi olmuş digər şəxslərə öz təşəkkürünü bildirmişdir.
Sərgidə nümayiş etdirilən əsərlər tədbir iştirakçılarının marağına səbəb olmuş və iştirakçılar rəsmi hissədən sonra rəssama yaxınlaşaraq tədbirin onlarda xoş təəssürat yaratdığını bildirmişlər.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında