Rayonlara gülüş payı

100 illik yubiley tədbirlərini genişləndirən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi " Bizim 100 yaşımız var " layihəsi çərçivəsində tədbirlər silsiləsinə müxtəlif rayonlara səfərləri də daxil etmişdir. Gəncədə, Salyanda, Yevlaxda, Şəkidə uğurla çıxışlar edən teatrın aktyorları mayın 5-də Neftçala rayonunda tamaşaçılarla görüşəcəklər. Azərbaycan Respublikasının Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə təqdim olunacaq Süleyman Ələsgərov və İsi Məlikzadənin " Subaylarınızdan görəsiniz " komediyası artıq uzun illərdir ki, teatrın repertuarındadır. Tamaşada teatrın aktyorları - əməkdar artist Səmayə Musayeva, aktyorlar Novruz Əliyev, Əzizağa Əzizov, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Mehriban Zalıyeva, Hüseyn Əlili, Gültac Həsənova əsas rollarda çıxış edəcəklər. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bizimlə söhbətində bildirdi ki, Neftçala səfərindən sonra kollektivimizin respublikamızın digər rayonlarda da maraqlı görüşləri planlaşdırılır.

{nl}

Günel QƏMBƏROVA

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında