Qələbənin 65 illiyinə həsr olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın icrası məqsədilə respublikanın klub müəssisələrində, mədəniyyət və istirahət parklarında gənclərin 1941-1945-ci illər müharibəsi veteranları ilə görüşlərinin, mövzu ilə bağlı kitab sərgilərinin, şeir və rəsm müsabiqələrinin, bayram konsertlərinin, ədəbi-bədii gecələrin təşkili nəzərdə tutulmuşdur.
Bununla əlaqədar olaraq Xırdalan şəhər Mədəniyyət evində Azərbaycan yazıçı və şairlərinin - Vidadi Babanlı, Fikrət Qoca, Fikrət Sadıq, Musa Yaqub, Oqtay Rza, İlyas Tapdıq, Aqşin Babayev və Maarif Soltanın Abşeron rayon ictimaiyyəti, o cümlədən müharibə veteranları ilə görüşü keçirilmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti xəbər yaymışdır. Şair və yazıçılar müharibə mövzusunda şeirlər oxumuş, o dövrün acılı-şirinli xatirələrini bölüşmüşlər.
Görüşdə, Mədəniyyət və Turizm Nazirliyinin faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə nəşr etdirdiyi iki kitab - "Öncə yer vardı" və "Külək qarı səpələr" oxuculara təqdim olunmuşdur.
Yazıçı Lidiya Obuxovanın şair-tərcüməçi Vaqif Bəhmənli tərəfindən dilimizə çevrilən "Öncə yer vardı" xatirə-povesti 20-ci əsrin ən məşhur insanlarından biri, ilk kosmonavt Yuri Qaqarinin həyatından bəhs edir. Əsərin qəhrəmanının uşaqlıq və yetkinlik illəri sovet xalqının ölüm-dirim mübarizəsinə qalxdığı qanlı müharibə dövrünə düşmüşdür. Müəllif bu dövrü ustalıqla qələmə almış, qəhrəmanın yaşayıb fəaliyyət göstərdiyi mühiti oxucunun təsəvvüründə lazımı səviyyədə canlandıra bilmişdir.
"Kitab və onun qəhrəmanı barədə" adlı ön söz Sovet İttifaqı Qəhrəmanı, aviasiya general-polkovniki N.P.Kamanin tərəfindən qələmə alınıb. Şair Maarif Soltanın redaktorluğu və tərtibçiliyi ilə işıq üzü görən "Külək qarı səpələr" kitabında isə Azərbaycanın məşhur ədiblərinin müharibəyə həsr olunmuş ən maraqlı şeir və nəsr nümunələri toplanmışdır.
"Ananın öyüdü" (S.Vurğun), "Ana və poçtalyon" (S.Rüstəm), "Can nənə, bir nağıl de" (Ə.Cəmil), "Buz heykəl" (Ə.Məmmədxanlı) kimi əsərlərin daxil olduğu kitabda müasir yazarların əsərləri də yer almışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında