Badamdarda müasir mədəniyyət ocağı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində bu əlamətdar tarixə həsr olunmuş tədbirlər planına uyğun olaraq, əsaslı təmir və yenidənqurma işlərindən sonra Səbail rayonundakı Badamdar qəsəbə mədəniyyət evinin açılış mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və çoxsaylı qonaqların toplaşdığı mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mədəniyyət evinin istifadəyə verilməsi münasibəti ilə qəsəbə sakinlərini təbrik etdi və bu məclisin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər çərçivəsində keçirildiyini bildirdi.
Qeyd olundu ki, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin inkişafına çox böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri nəticəsində ölkənin hər yerində yeni mədəniyyət obyektləri tikilir, köhnələri isə əsaslı təmir olunaraq istifadəyə verilir. Paytaxtımızın mərkəzi ərazisi olan Səbail rayonunda yerləşən əsas mədəniyyət mərkəzləri - teatrlar, muzeylər, parklar və s. mədəni ocaqlar ölkə başçısının göstərişinə əsasən təmir olunmuş, bir çox mədəniyyət obyektlərində isə təmir işləri aparılır.
Başçı bildirdi ki, Badamdar qəsəbəsindəki mədəniyyət ocağı 1957-ci ildə inşa olunmuş və 1967-ci ildən Mədəniyyət evi kimi fəaliyyət göstərir. Burada indiyədək yalnız cari təmir işləri aparılmışdı. 15 ildən çox bir müddətdə qaçqın ailələri məskunlaşdığından bina yararsız hala düşmüş və mədəniyyət evinin normal fəaliyyətində böyük problemlər yaranmışdı. RİH-nin təşəbbüsü ilə burada məskunlaşmış qaçqın ailələri "Şıx" sanatoriyasına köçürülmüşdür. Mədəniyyət evində isə yeni layihə əsasında yenidənqurma aparılmışdır.
Ulu öndərin doğum günü ərəfəsində qəsəbə sakinlərinə hədiyyə edilən mədəniyyət evində müxtəlif tədbirlər keçirilməsi, dərnəklər üçün hər cür şərait yaradılmışdır. Zalda yeni səhnə qurulmuş, oturacaqlar quraşdırılmışdır. Qapı və pəncərələr yeniləri ilə əvəz olunmuşdur. Binanın fasadına üzlük çəkilmiş və bəzək-tərtibat işləri görülmuşdur. 800 kvadratmetr dam örtüyü vurulmuş, təzə istilik sistemi quraşdırılmışdır. 350 kvadratmetr döşəmə təzələnmiş, foyeyə tamet döşənmişdir. Həyətə dekorativ hasar çəkilmiş, qazon örtüyü salınmışdır.
Səbail RİH və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin daxili imkanları hesabına dərnək otaqları və kabinetlər lazımi inventarla təmin olunmuşdur. Salonda səsgücləndirici aparat quraşdırılmışdır. Foye və otaqların tərtibatı dəyişmiş, mədəniyyət evi lazımi avadanlıqla təmin olunmuşdur.
Sakinlər mərasimdə çıxış edərək qəsəbədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını bildirdilər.
Sonda Mədəniyyət evinin açılışı münasibəti ilə konsert proqramı sərgiləndi, sənətçilər sakinləri şənləndirdilər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında