Avropanın ən möhtəşəm mahnı müsabiqəsi Azərbaycanın qüdrətini dünyaya göstərdi

"Mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsinin gedişi bütün dünya üçün maraqlı idi. Azərbaycan üçün isə bu teleyarışma həm maraqlı idi, həm də məsuliyyətli. Çünki bu il gənc müstəqil dövlətimizin 20 yaşı tamam olur. Ölkənin ictimai-siyasi və mədəni həyatının bütün sahələrində çalışan soydaşlarımız bu möhtəşəm yubileyə özünəməxsus şəkildə töhfələr vermək əzmindədir.
Artıq səmimiyyətlə deyə bilərik ki, Heydər Əliyev Fondu, xüsusən fondun prezidenti , YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva dövlətçiliyimizin bərpasının 20 illik yubileyinə özünəməxsus töhfə vermiş oldu. Çünki İctimai Televiziyanın "Eurovision-2011" mahnı müsabiqəsinə hazırlaşmağa başladığı ilk gündən etibarən bu müsabiqənin ən böyük dayağı və dəstəyi məhz Heydər Əliyev Fondu olmuşdur. Heydər Əliyev Fondu ən qabiliyyətli ifaçıların seçilməsi üçün aparılan uzunmüddətli prosesdə, eləcə də seçilmiş namizədlər üçün lazım olan bütün şəraitin yaradılmasında İctimai Televiziyaya kifayət qədər maddi və mənəvi yardım etmişdir".
Bu sözləri bilavasitə müsabiqənin qaliblərinin - Eldar Qasımov və Nigar Cemalın qələbəsinin elan edilməsindən cəmi bir neçə saat sonra - mayın 15-də səhərə yaxın "Aztelekom" İstehsalat Birliyinin sədri Məhəmməd Məmmədovdan eşitdik. Qitə miqyaslı bu tədbirin Almaniyadan canlı yayımlanmasını təmin etmiş "Aztelekom"da həmin an böyük şadyanalıq və qələbəliyin şahidi oldum. Müsabiqənin müstəqil Azərbaycan üçün olan əhəmiyyətindən söz açan birliyin sədri M.Məmmədov dedi: - Bu, təkcə mahnı müsabiqəsi deyil, həm də Azərbaycanın siyasi, iqtisadi və hətta, deyə bilərəm ki, diplomatik qələbəsidir. Çünki Avropa ölkələri bu müsabiqəyə 56 ildir ki, qoşulurlar. Biz isə cəmi 4-cü dəfədə qitə birincisi olduq. Bu müsabiqənin gedişində Azərbaycanın dost və qardaşları da sədaqətlərini nümayiş etdirdilər. Qardaş Türkiyənin və dost Rusiyanın Azərbaycan təmsilçilərinə maksimum xal verməsi ifaya verilən qiymətlərlə yanaşı, müsabiqə çərçivəsindən kənarda olan münasibətləri də əks etdirirdi. Növbəti müsabiqənin Bakıda keçirilməsi isə ölkəmizin beynəlxalq nüfuzunun artmasına daha böyük təkan verəcəkdir. Yeri gəlmişkən, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın bütün şəhər və rayonlarını elə şəkildə inkişaf etdirib ki, 2012-cı ilin "Evrovision" müsabiqəsini Bakı ilə yanaşı ölkəmizin istənilən regionunda keçirmək olar. Qəbələdə keçirilmiş Beynəlxalq tədbirlərdə bu təcrübəni qazanmışıq. Bütün xalqımızı bu qələbə münasibətilə təbrik edirik. İnanırıq ki, Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və İctimai Televiziya "Eurovision-2012"ni müstəqil Azərbaycanın adına layiq təşkil edəcək və başa vuracaqdır.

{nl}

Rafiq SALMANOV, "Xalq qəzeti" foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında