Rəqs bayramı

İncəsənətin qədim tarixi köklərə malik növlərinin, xüsusilə unudulmaqda olan milli rəqslərimizin öyrənilməsi, onların uşaq və gənclər arasında təbliği sahəsində Qax Mədəniyyət və Turizm Şöbəsinin müəyyən ənənələri vardır. Təsadüfi deyil ki, rayonun rəqs kollektivləri respublika və beynəlxalq rəqs müsabiqələrində bir qayda olaraq fəal iştirak edirlər.
2008-ci ilin may ayında Batumi şəhərində keçirilən VII Beynəlxalq Uşaq Folklor Festivalında Qax incəsənət məktəbinin "Tumurcuq" və Qaxingiloy kənd mədəniyyət evinin "İmedi" rəqs qrupları fəal iştirak etmişlər. 2008 və 2009-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhərində keçirdiyi I və II Rəqs festivallarında da çıxış edən "Tumurcuq" rəqs qrupu nazirliyin diplomlarına layiq görülmüşdür.
Bu günlərdə şəhər mədəniyyət evində Beynəlxalq Rəqs Günü münasibətilə müsabiqə təşkil olunmuşdur. Rayonun bütün mədəniyyət müəssisələrini əhatə edən, üç turdan ibarət müsabiqənin yekun turundan sonra qaliblərin də iştirakı ilə "Rəqs bayramı" keçirilmişdir. Musiqi həvəskarlarının, müəllimlərin və valideynlərin qarşısında çıxış edən rəqs həvəskarları öz bacarıqlarını məharətlə nümayiş etdirmişlər.
Təsadüfi deyildir ki, müsabiqə və "Rəqs bayramı"nda üstünlük milli rəqslərə verilmişdir. Tədbirdə rəqs müsabiqəsində qalib gəlmiş iştirakçılar mükafatlandırılmışlar.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında