Çexiyanın birinci xanımı Liviya Klausova Dənizkənarı Milli Parkı gəzmişdir

Azərbaycanda rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun xanımı Liviya Klausova mayın 17-də Dənizkənarı Milli Parkı gəzmişdir.
Çexiyanın birinci xanımı əvvəlcə parkın ən görkəmli yerində - "Mirvari" restoranında oldu.
Sonra parkı gəzən qonağa məlumat verildi ki, Bakının ən maraqlı və spesifik təbii şəraiti olan guşələrindən biri də bulvardır. Bu məkan şəhər sakinlərinin, qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin sərəncamı ilə Dənizkənarı bulvara "Milli Park" statusu verilmişdir. Bu gün Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkından sonra Avropada ikincidir.
Qeyd edildi ki, son illər Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilmişdir. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilmiş, yaşıllıq artırılmış, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilmişdir. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və digər gəzinti marşrutları işləyir.
Milli Parkla tanışlıq qonaqda xoş təəssüratlar yaratdı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında