Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar təqdim edilmişdir

Mayın 11-də Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatları təqdim etmişdir. 
Ə.Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söz açmış, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.
Mükafatların ulu öndərin anadan olmasının 88-ci ildönümünün qeyd edildiyi günlərdə təqdim edilməsinin təsadüfi olmadığını bildirən nazir əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu mədəniyyət və incəsənət sahəsində çalışanlara dövlət qayğısı ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Heydər Əliyev Fondu tərəfindən də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı irimiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıran Ə.Qarayev təkcə may ayının ötən günləri ərzində bir neçə ölkədə mədəniyyətimizin təbliği istiqamətində tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında