Latviyanın birinci xanımı İçərişəhərlə tanış olmuşdur

Latviyanın birinci xanımı Lilita Zatlere ölkəmizə səfəri çərçivəsində mayın 11-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olmuşdur.
Elektromobillərlə gəzinti zamanı qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Latviyanın birinci xanımı milli mədəni irsimizin incisi sayılan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşdur. Qonağa saray kompleksi barədə ətraflı məlumat verilmişdir.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Lilita Zatlere təndir çörəyinə qonaq edilmişdir.
Sonra Latviyanın birinci xanımı dünya şöhrətli rəssam Tahir Salahovun emalatxanasında fırça ustasının yaradıcılığı ilə tanış olmuşdur. Görkəmli rəssam qonağa əsərləri barədə geniş məlumat vermişdir. Portret və peyzaj ustası kimi tanınmış rəssamın müxtəlif mövzularda yaratdığı əsərlər qonaq tərəfindən yüksək qiymətləndirilmişdir. Qonaq rəssamın əsərlərini Azərbaycan incəsənətinin incilərindən hesab etmişdir. T.Salahov Latviyanın birinci xanımı Lilita Zatlereyə əsərlərindən ibarət üçcildlik kataloq hədiyyə etmişdir.
Qonaq "Bazar meydanı"ndakı əzəmətli Qız qalasının üstünə qalxaraq paytaxtın mənzərəsini seyr etmişdir. Bakının rəmzi sayılan abidənin tarixi barədə qonağa məlumat verilmişdir.
Latviyanın birinci xanımı İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında