Heydər Əliyev Fondu Türkiyənin müxtəlif şəhərlərində Novruz şənlikləri təşkil etmişdir

Heydər Əliyev Fondunun Türkiyənin müxtəlif şəhərlərində təşkil etdiyi  Novruz şənlikləri bu ölkədə təhsil alan azərbaycanlı tələbələr üçün əsl bayram töhfəsi olmuşdur.

{nl}

Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyinin İzmirdə təşkil etdiyi Novruz şənliyində 300-dən artıq  azərbaycanlı tələbə iştirak etmişdir. Bayram tədbirində çıxış edən nümayəndəliyin rəhbəri Samir Cəfərov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın təbriklərini tələbələrə çatdırmışdır. İzmir valisinin müavini Mehmet Ərdoğan da azərbaycanlı tələbələri bayram münasibətilə təbrik etmişdir. Bakıdan gətirilən Novruz şirniyyatları, səməni və bayramın digər atributları qardaş ölkədə olan gənclərimizdə yüksək əhval-ruhiyyə yaratmışdır. Musiqi sədaları gecəni daha da rövnəqləndirmişdir. 

{nl}

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İstanbul şəhərində də bayram şənliyi təşkil etmişdir. Buradakı tədbirdə İstanbulun müxtəlif universitetlərində təhsil alan 200-dən artıq azərbaycanlı və türkiyəli gənc, həmçinin Türkiyədəki  diplomatik missiyalarımızın təmsilçiləri, İstanbul şəhərinin rəhbərləri də iştirak etmişlər. Nümayəndəliyin rəhbəri S.Cəfərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini tələbələrə çatdırmışdır. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova, ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Salahlı Novruz ənənələrindən və qədim bayramın mahiyyətindən danışmışlar.

{nl}

Sonra Heydər Əliyev Fondunun daha bir nəcib təşəbbüsü – görkəmli ziyalı Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin fondun təşəbbüsü ilə türk dilində çap edildiyi haqqında məlumat verilmişdir. Vurğulanmışdır ki,  Heydər Əliyev Fondu Azərbaycan klassiklərinin əsərlərini başqa xalqların dillərinə tərcümə edilərək çap olunmasında mühüm işlər görmüşdür.  Kitab təhsildə fərqlənən tələbələrə  təqdim edilmiş və  bildirilmişdir ki, toplu Türkiyədəki bütün kitabxanalara çatdırılacaqdır.

{nl}

Tədbirdə Heydər Əliyev Fondunun bu cür aksiyalarının gələcəkdə də davam etdiriləcəyi diqqətə çatdırılmışdır.  Mərasimdə səslənən şux Azərbaycan rəqsləri iştirakçılarda bayram əhval-ruhiyyəsini daha da artırmışdır.

{nl}

 AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında