"ÜNS Yaradıcılıq Səhnəsi"nin 5 illik yubileyi çərçivəsində teatrda konsert olmuşdur

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir
"ÜNS Yaradıcılıq Səhnəsi"nin 5 illik yubileyi çərçivəsində aprelin 23-də teatrda konsert olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.
Teatrın 5 illik yubileyi münasibətilə "ÜNS"ün səhnəsində keçirilən konsertdə əfsanəvi Oleq Lundstrem adına Rusiya Dövlət caz musiqisi kamera orkestri çıxış etmişdir. Orkestr fəaliyyət göstərdiyi müddətdə 10 mindən çox konsert proqramı təqdim etmişdir. Bu gün "ÜNS"ün səhnəsində bədii rəhbər Boris Frumkinin dirijorluğu ilə çıxış edən orkestr dünyanın ən qədim musiqi kollektivlərindən biridir. 1934-cü ildə Oleq Lundstrem tərəfindən yaradılan orkestrin adı Ginnesin rekordlar kitabına daxil edilmişdir.
Bu orkestri fərqləndirən əsas xüsusiyyətlərdən biri cazın xarakterinə, onun klassik ifa tərzinə ciddi riayət etmək, eyni zamanda, musiqi əsərlərinə milli folklor elementləri qatmaqdır. Bu səbəbdən də orkestrin ifasında orijinal caz əsərləri və aranjimanları səslənir. Kollektiv həmişə seçdiyi yaradıcı yola sadiq qalmış və incəsənəti özünəməxsus tərzdə təqdim etmişdir.Orkestrin banisi Oleq Lundstrem hesab edirdi ki, cazın danışdığı dil hər hansı milli, sosial və siyasi sədləri aşaraq insanları yaxınlaşdırır və onlara dialoq imkanı yaradır. Caz vasitəsilə dialoq yaratmağı üstün tutan orkestrin "ÜNS" səhnəsində çıxışı da təsadüfi deyildir. Çünki görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə ithaf olunan "ÜNS" teatr layihəsinin əsas ideyasını da məhz mədəniyyətlərarası dialoq təşkil edir. "ÜNS"ün bu mahiyyəti ötən 5 ildə hər bir təqdimatda - yaxın və uzaq xaricdən dəvət edilən teatr truppalarının maraqlı tamaşalarında və kollektivin öz yaradıcılıq axtarışlarında əksini tapmış və bu sənət ocağına gələnlərə əsl sevinc bəxş etmişdir. Məhz bu səbəbdən "ÜNS" Azərbaycan teatr sənətində yeni modern istiqamətin əsasını qoymuşdur.
Yubiley konsertində bakılı solistlər orkestrin müşayiəti ilə unudulmaz Tofiq Quliyevin mahnılarını ifa etmişlər. Konsertdə tamaşaçılara təqdim edilən növbəti sürpriz Montre caz festivalının qalibi, istedadlı pianoçu İsfar Sarabskinin ifası olmuşdur.
Moskvalı gənc müğənni Anna Buturlinanın ifasında fərqli caz kompozisiyaları bu gecəyə xüsusi ovqat gətirmişdir.
Konsertin sonunda teatrın yubileyində iştirak edən tanınmış xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri Azərbaycana firavan həyat, "ÜNS"ə isə fəaliyyətində yeni yaradıcılıq uğurları arzulamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında